XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 12:23

İƏT rəhbərlərinin 5-ci sammiti işə başlayıb –Tehranda

Bu gün Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT – ECO) rəhbərlərinin 5-ci sammiti işə başlayıb.

Strateq.az İRİB-ə istinadla xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İranPakistan və Türkiyə tərəfindən yaradılıb.

Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir.

Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

İƏT-in 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb.

Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistan ECO üzvüdür.