XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 13:11

42 namizəddən yalnız 11-i… –Ukrayna prezidenti olmaq istəyən iddiaçılar Qərbə "yaxşı baxmırlar"

Ukraynada 31 mart prezident seçkisinə 42 namizəddən yalnız 11-i NATO və AB-yə üzvlüyü dəstəkləyir. Ancaq 300-dən artıq deputat bu iki hədəfin konstitusiyaya salınması üçün üç dəfə onun dəyişilməsinə səs veriblər.

Atlantik Şurasının saytında Taras Kuzio yazır ki, Batkivşçina (Ata yurdu) və Radikal partiyaları bu konstitusiya dəyişikliklərinin lehinə səs versələr də, partiya liderləri olan Yulia Timoşenko və Oleq Lyaşko NATO və AB məsələsini proqramlarına salmayıblar:

Namizədlərin böyük hissəsi oktyabra gözlənən parlament seçkisi öncəsi adlarının tanınması üçün bu seçkiyə gedir, bəziləri isə digərlərinə verilən səsləri azaltmaqdan ötrü texniki namizədlər kimi gedir. 44 namizəd arasında AB və NATO üzvlüyünə dəstəyin olmaması iki faktorun nəticəsidir. Batkivshchina və Radikal partiyaları həmişə ziddiyyətli mövqe tutublar, bir tərəfdən konstitusiyaya dəyişiklikləri dəstəkləyirlər, digər tərəfdən son illər islahatlara ürəkdən dəstək verməyiblər, həm rusiyapərəst Müxalifət Blokuna qarşı çıxıblar, həm də BVF-yə qarşı ritorika sərgiləyiblər. İkinci məsələ odur ki, NATO və AB üzvlüyünü proqrama salmamaqla, bu “müxalifət” namizədləri özlərini hazırkı prezident Petro Poroşenkodan kənar tutmağa çalışırlar”.

Müəllif hər iki faktorun çaşdırıcı olduğunu qeyd edir. Çünki rəy sorğuları ukraynalıların çoxunun AB və hətta NATO üzvlüyünü dəstəklədiyini göstərir.

On bir namizəddən Prezident Petro Poroşenko NATO və AB üzvlüyünü ən çox birmənalı dəstəkləyəndir. Lvovun meri Andriy Sadovyi də hər iki quruma üzvlüyü dəstəkləyirdi, amma martın 1-də seçkidən şəkildi. Bununla da NATO və AB üzvlüyünü proqramlarına salan namizədlərin sayı azaldı. (azadliq.org)