XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2019 - 13:41

Tramp demokratları topa tutdu:"Bunların ağılları lap çaşıb..."

ABŞ prezidenti Donald Tramp demokrat qanunvericiləri onun özü və administrasiyası ilə bağlı təhqiqata başladıqlarına görə kəskin tənqidlərə məruz qoyub.

Konqresin Nümayəndələr Palatasının Ədliyyə Komitəsi bazar ertəsi 2016-cı il seçki kampaniyası ilə əlaqələri olan 81 fiziki şəxs və qurumdan Trampın biznesləri və onun iki illik prezidentlik müddəti ilə bağlı sənədləri tələb edib. Tramp Twitter səhifəsində yazdığı mesajında bu addıma münasibət bildirərək, demokratların ağıllarının lap çaşdığını yazıb.

Tramp mesajında Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin təhqiqatını “ölkəmizin tarixində ən böyük özbaşınalıq” adlandırıb və demokratların ədalətin qarşısını aldığı və heç bir şeyə nail olamayacaqlarını bildirib.

Təhqiqatın aparıldığını elan edən Ədliyyə komitəsinin sədri Cerrold Nadler deyib: “Prezident Tramp son bir neçə ildə bizim hüquq, etik və konstitusiya qaydaları və normalarına az qala gündəlik hücumlaraına görə məsuliyyətdən qaça bilib. Qanunun aliliyinə qarşı bu təhdidlərin araşdırılması Konqresin vəzifəsidir”

Tramp uzun müddətdir kampaniyası və Rusiya arasında hər hansı əlaqəni inkar edir. Nadlerin təhqiqatı ilə bağlı bazar ertəsi ona veriən sualın cavabında Tramp belə cavab verib: “Mən hamı ilə hər zaman əməkdaşlıq aparmışam. ​Bilirsinizmi ən gözəl şey nədir? Əlaqə yoxdur! Bütün bunlar yalandır”.

Ağ Evin mətbuat katibi Sarah Sanders açıqladığı bəyanatda bildirib ki, demokratlar təhqiqatı Rusiya ilə əlaqə haqda iki ildir irəli sürdükləri saxta iddiaların iflasından qorxduqları üçün başlayıblar:

“Onların Amerika xalqını qorxutması və təhqir etməsi utanc doğurur Demokratlar prezidenti Amerikanı sosialist ölkəsinə çevirmək, körpələri doğulduqdan sonra öldürmək və iş yerlərini məhv edib və Amerikanı müflis edəcək `yeni yaşıl razılaşma` kimi radikal planlarından diqqəti yayındırmaq üçün təqib edirlər”.

Nadlerin komitəsi və Konqresdəki digər heyətlər xüsusi prokuror Robert Müllerin Trampın seçki kampaniyasının Rusiya ilə mümkün əlaqələri, eləcə də Trampın prezidentliyi müddətində ədalətin qarşını alıb-almadığını 22 aydır araşdıran istintaqı ilə bağlı hesabatının açıqlanmasını gözləyir.

(Amerikanın səsi)