XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 14:54

Aİ komissarı Paşinyanı Gürcüstanın baş naziri ilə səhv saldı

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han Brüsseldə səfərdə olmuş Ermənistanın baş naziri Nikol Paşinyan ilə Gürcüstan hökumətinin rəhbəri Mamuka Baxtadzeni səhv salıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Yohannes Han erməni baş naziri səfəri ilə bağlı özünün “Twitter” səhifəsində yazdığı statusda Cənubi Qafqazın iki hökumət rəhbərini dəyişik salan fotoşəkillər paylaşıb. Onun bu səhvi qısa müddətdə düzəldilsə də, sosial şəbəkə istifadəçiləri bu statusun surətini çıxara biliblər.

Aİ komissarının yanlış statusunu ilk dəfə gürcü politoloq Qiya Abaşidze özünün “Facebook” səhifəsində yayıb.