XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 15:21

Gürcüstanda daha 350 min insan peyvənd olunmalıdır- Qızılcanın epidemiya ocağının alovlanmaması üçün

Gürcüstanda qızılcaya yoluxmuş 2180 nəfər var. Bu insanların 60 faizi xəstəxanalara yerləşdirilib. Bir azyaşlı uşaq dünyasını dəyişib. O da, vaxtında peyvənd olunmayan uşaqdır.

Azərtac xəbər verir ki, bu sözləri İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze söyləyib.

Onun sözlərinə görə, Gürcüstanda qızılca ilə bağlı epidemiya ocağı yaranıb.

Mərkəz rəhbəri deyib ki, son 45 gün ərzində daha 950 min nəfər qızılcaya qarşı peyvənd olunub. Onların 24 mini uşaqlardı.

“Qızılca ocağının alovlanmaması üçün bu il daha 350 min nəfərin peyvənd olunması lazımdır”,- deyə A.Qamkrelidze vurğulayıb.

Onun sözlərinə görə, 2018 -2019-cu illərdə Gürcüstanda 3 uşaq qızılcadan ölüb. Onların heç biri peyvənd olunmayıb.