XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 17:14

Moldovadakı etirazların ilk nəticəsi- Baş prokuror istefa verdi

 

qurin

 

Moldovanın Baş prokuroru Korneliu Qurin istefa verib.
 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, o, qərarını palamentin bugünkü iclasında açıqlayıb və postunu rəsmən martın 1-də tərk edəcəyini bildirib.

 

Qurin qərarını parlamentin prokurorluq haqqında qanuna etdiyi dəyişikliklərlə əsaslandırıb. Bu qanunun qəbulu 3 il çəkib. Sənəd Moldovanın prokurorluq orqanlarında islahatların aparılmasını nəzərdə tutur.

 

Qeyd edək ki, son aylar Kişinyovda keçirilən etiraz aksiyalarında əsas tələblərdən biri də Qurinin istefa verməsi idi.