XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2019 - 22:53

ABŞ dövlət katibinin müavini:"Ukraynada prezident seçkiləri xalqın iradəsinə uyğun keçirilməlidir"

ABŞ Ukraynada yalnız azad və şəffaf seçkiləri dəstəkləyir.

Azərtac xəbər verir ki, bu fikri Kiyevdə ictimai təşkilatların nümayəndələri ilə görüşündə ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Qeyl söyləyib.

Onun sözlərinə görə, Ukraynada prezident seçkiləri xalqın iradəsinə uyğun keçirilməlidir və daxili resursların gücü yolverilməzdir.

Qeyd edək ki, D.Qeyl martın 5-dən Ukraynaya rəsmi səfərə gəlib. Rəsmi görüşlərdə Ukraynada demokratik prinsiplərin inkişafı, insan haqlarının qorunması, prezident seçkiləri əsas müzakirə mövzuları olacaq.

D.Qeylin səfəri martın 7-də başa çatacaq.