XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2019 - 10:03

Baltik dənizi üzərində toqquşma riski –Rusiya "Su-27" qırıcılarını havaya qaldırdı

Rusiyanın “Su-27” tipli qırıcısı Baltik dənizi üzərində ABŞ-ın kəşfiyyatçı təyyarəsini ələ keçirmək üçün havaya qaldırılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb. Nazirlikdən bildirilib ki, Rusiyanın hava məkanına nəzarət vasitələri ölkə sərhədlərinə yaxınlaşmaqda olan təyyarə qeydə alıblar.

“Hədəfin ələ keçirilməsi üçün hava hücumundan müdafiə üzrə növbətçi qüvvələr heyətindən “Su-27″ qırıcısı havaya qaldırılıb”, – deyə məlumatda bildirilir. Əlavə olunur ki, Amerika hava gəmisi “RC-135” tipli kəşfiyyatçı təyyarə kimi eyniləşdirilib.(“Report”)