XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 10:14

Maduro Almaniya səfirini qovdu –Müxalifət liderini qarşıladığına görə

Venesuela hökuməti müxalifət lideri Xuan Quaydonu dəstəklədiyinə görə Almaniya səfirinin ölkədən çıxarılması haqda qərar verib.

Maduro hökumətinin bəyanatında bildirilir ki, səfir Daniyel Martin Kriner ölkənin daxili işlərinə müdaxilə etdiyinə görə 48 saat ərzində Venesuelanı tərk etməlidir. Hökumət bu qərarı Krinerin bazar ölkəsi günü vətənə qayıdan Quaydonu Karakas hava limanında qarşılamasından sonra verib.

Quaydo ABŞ və dünyanın təxminən 50 ölkəsi tərəfindən Venesuelanın müvəqqəti lideri kimi tanınır. O, məhkəmə tərəfindən çıxarılmış səfər qadağasına baxmayaraq, Latın Amerikası ölkələrinə səfərdən sonra Venesuelaya qayıdıb.

Xuan Quaydo ölkəyə qayıdan kimi iştirak etdiyi yürüşdə Maduronu hakimiyyətdən devirməyə çağırıb. Onun tərəfdarları Rusiya tərəfindən dəstəklənən Maduronun keçən il yenidən seçilməsinin qeyri-legitim olduğunu hesab edir.

Almaniyanın xarici işlər naziri Heyko Massa deyib ki, səfirin ölkədən çıxarılması “gərginliklərin azaldılması əvəzinə gərginliyin artırılmasına səbəb olan anlaşılımaz bir qərardır”. Maas deyib ki, Almaniya və Avropa müttəfiqilərinin Quaydoya dəstəyi sarsılmaz olaraq qalır.

Venesuela hökumətinin qərarını elan etməsindən bir qədər sonra ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, Birləşmiş Ştatlar Maduro rejiminin rəsmiləri və onların ailələri də daxil olmaqla 77 nəfərin vizalarını ləğv edəcək”. Pens əlavə edib ki, Tramp administrasiyası Venesuelada azadlıq bərpa olan qədər “məsul tutmağa davam edəcək”.