XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 17:07

Suriyada döyüşən 100 silahlı qruplaşma atəşi dayandırdı:ABŞ və Rusiyanın atəşkəs təklifi qəbul edildi

suriya ates

 

“Azad Suriya Ordusuna” aid olan 100-dək silahlı qruplaşma iki həftəlik atəşkəslə bağlı təklifi qəbul edib.

 

Strateq.az bildirir ki, bu barədə  Suriya müxalifətinin danışıqlar üzrə yüksək komitəsi bu gün bəyan edib.

 

“”Azad Suriya ordusu"nu, silahlı müxalifəti təmsil edən qruplar fevralın 27-də başlanacaq iki həftəlik müvəqqəti atəşkəs haqqında razılaşmanı dəstəkləyir. Bu razılıq müxalifətin 97 qruplaşması ilə aparılan danışıqlardan sonra əldə edilib”, – deyə bəyanatda vurğulanıb.

 

Qeyd edək ki, bazar ertəsi ABŞ və Rusiya Suriya ilə bağlı birgə bəyanat yayaraq fevralın 27-dən etibarən atəşkəs elan olunduğunu elan ediblər. Lakin bu atəşkəs BMT tərəfindən terrorçu elan edilmiş İŞİD və “Cəbhət -ən-Nusra” qruplaşmasına aid edilməyib.

 

Rusiya XİN rəhbəri Lavrov bildirib ki, rəsmi Dəməşq Suriyada atəşkəs haqqında sazişi dəstəkləyir.