XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 14:03

Baş nazir və keçmiş prezidentin qatıldığı mərasimdə partlayış törədilib –Əfqanıstanda

Əfqanıstanın paytaxı Kabulda din xadimi Abdul Əli Məzarinin vəfatının 24-cü ildönümü ilə bağlı keçirilən anım mərasimi zamanı törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi bildirib.

O, hadisə ilə bağlı araşdırma aparıldığını deyib.

Mərasim keçirilən yerdə ard-arda azı 10 partlayış törədilib. Tədbirdə Əfqanıstanın icra strukrutunun başçısı (baş nazir) Abdullah Abdullah, ölkənin keçmiş Prezidenti Həmid Karzay, xarici işlər naziri Səlahəddin Rəbbani və keçmiş Prezidentin müşaviri Hanif Atmar da iştirak edib/Report.