XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 15:05

Lavrov Türkiyəyə səfərə hazırlaşır –Səbəb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər nazirlərinin sədrliyi ilə keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında iştirak etmək məqsədi ilə martın 12-13-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, bu qrup Türkiyə və Rusiya prezidentlərinin rəhbərlik etdikləri Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərir.

“Ölkələrimizin liderlərinin növbəti görüşünə və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının qarşıdakı iclasına hazırlıq kontekstində ikitərəfli gündəlikdə olan bütün məsələlər üzrə fikirlərin yoxlanması planlaşdırılır”, – M.Zaxarova vurğulayıb.

O qeyd edib ki, siyasi və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrlə yanaşı, Rusiya və Türkiyənin xarici işlər nazirləri beynəlxalq və regional problemlərə, o cümlədən Suriya münaqişəsinin tənzimlənməsi, terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Ukrayna və Qara dəniz regionundakı vəziyyətə dair geniş fikir mübadiləsi aparmaq niyyətindədirlər/Report.