XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 07:14

Fransız nanəcibliyi

Qondarma erməni soyqırımını tanıyan və tanımayanı da suçlu elan edib cəza verən Fransanın soyqırımdan betər günahı ortaya çıxdı. Və bu günah 100 il bundan əvvələ də aid deyil. Bu günah elə Fransanın “erməni soyqırımı”nı tanıdığı illərə təsadüf edir.

2013-cü ildə Orta Afrika Respublikasında xristian-müsəlman davasını yatışdırmaq adıyla öz keçmiş müstəmləkəsinə gələn Fransa əsgərlərinin əxlaqsız əməlləri barədə son günlər inanılmaz xəbərlər ortaya çıxıb. “Guardian” qəzetinin yaydığı məlumata görə, BMT-nin sülhsevər missiyası adıyla Afrikada bulunan fransız əsgərləri yetim uşaqlara cinsi təcavüz edib. Sən demə, 9-15 yaşları arasında olan bu uşaqlara baxmaq Avropanın ən nəcib milləti adını daşıyan fransız əsgərlərinə həvalə edilibmiş. Onlar isə bu nəcib missiyanı çox nanəcib şəkildə həyata keçiriblər. Uşaqlara verilən bir qarındolusu yemək əvəzində onların namusuna toxunan əsgərlərinin bu əməlləri hələ də cəzalandırılmayıb.

Heydər Oğuz

Strateq.az