“Şübhəsiz ki, Türkiyə və Rusiya arasında hərbi-texniki əməkdaşlıq müəyyən razılaşmalar çərçivəsində həyata keçirilir”.
Bu sözləri rusiyalı deputat Yuri Şvitkin deyib.
O bildirib ki, əməkdaşlıq qarşılıqlı mənfəətlərə söykənir: “ABŞ hərbi-texniki sahədə hər cür rəqabət aparır. Lakin S-400, eləcə də gələcəkdə bazara çıxarılacaq S-500 ABŞ-dakı analoqlarından çox üstündür”.
Şvitkin həmçinin qeyd edib ki, Türkiyəyə yerləşdiriləcək S-400 tamamilə müdafiə məqsədlidir və heç kimi hədəf almır.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan S-400-lə bağlı davam edən prosesin tamamən yolunda olduğunu bildirmiş, gələcəkdə S-500-lərin birgə istehsalını istisna etməmişdi/Axar.az.