XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 20:58

82 yaşlı dövlət başçısı yenidən prezidentliyə namizəd oldu, ölkə qarışdı –Əlcəzairdə aksiyalar

Əlcəzairdə müxalifət qüvvələri Prezident Əbdüləziz Buteflikanın istefasını, hökumətin buraxılmasını, ölkədə keçid dövrünün elan olunmasını tələb edir.

“Al Arabiyya” xəbər verir ki, 82 yaşlı Ə.Buteflika 5-ci dəfə prezidentliyə namizədliyini irəli sürdükdən sonra müxtəlif partiya və təşkilatlar arasında müzakirələr keçirilib.

Belə ki, bundan əvvəl hazırkı prezidentin ardıcıl beşinci dəfə namizədliyini irəli sürməsini qanunsuz hesab edən bir qrup hüquqşünas etiraz ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edib.

Qeyd edək ki, aprelin 18-də keçiriləcək prezident seçkilərində 20 ildir ölkəni idarə edən Ə.Buteflikanın namizəd olması paytaxt Əlcəzairdə geniş etiraz aksiyalarına səbəb olub/Report.