XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 10:25

Trampın seçki qərargahının sabiq rəhbəri həbs olunub –Pol Manafort barəsində hökm çıxarılıb

Virciniya ştatının federal hakimi ABŞ prezidenti Donald Trampın seçki qərargahının rəhbəri olmuş Pol Manafort barəsində hökm çıxarıb.

ONA-nın “NBC News”a istinadən verdiyi məlumata görə, fırıldaqçılıqda günahlandırılan P. Manafort 47 ay müddətinə həbs cəzasına məhkum edilib.

Hakim bildirib ki, bu prosesin xüsusi prokuror Robert Müllerin araşdırdığı “Rusiya işi” ilə heç bir bağlılığı yoxdur. Qeyd edək ki, “Rusiya işi”ni araşdıran xüsusi prokuror R. Müller tərəfindən də P. Manaforta qarşı ittiham irəli sürülüb. Bu iş üzrə Trampın Rusiya ilə ehtimal olunan əlaqələri təhqiq olunur. Kremllə Ağ ev belə əlaqələrin olduğunu təkzib edir.

Martın 13-də isə Vaşinqtonda P. Manafort barəsində daha bir məhkəmə hökmünün çıxarılacağı gözlənilir. Manafort həmin iş üzrə lobbiçilərlə qeydiyyatsız iş aparmaq və şahidlərə təzyiq göstərməkdə ittiham olunur. Onu 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.