XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 12:02

Bu il zənginlərin sayı daha da artacaq –Hesabat

Qlobal iqtisadi mənzərənin elə də ürəkaçan olmamasına baxmayaraq, 2019-cu ildə dünyada sərvət yığımı sabit qalacaq. Knight Frank təşkilatı 2019-cu il Sərvət Hesabatını açıqlayıb. Hesabata görə, gələn beş il ərzində ultra-yüksək şəxsi sərvət sahiblərinin sayı 22% artacaq, yəni, 2023-cü ilədək daha 43 min nəfərin sərvəti 30 milyon ABŞ dollarını aşacaq.

Asiyanın güclü iqtisadi göstəriciləri bu il ABŞ dolları milyonçularının sayının ilk dəfə olaraq 20 milyon nəfəri keçəcəyi deməkdir. Gələn 12 ay ərzində mövcud zənginlər sərvətlərini artıracaqlar.

“Brexit”in, yəni Britaniyanın AB-dən çıxmasının necə baş verəcəyindən asılı olmayaraq, London 2019-cu ildə qlobal sərvət mərkəzi kimi qalacaq. Dünyanın ən çox zəngini bu şəhərdə yaşayır və Şəhər Sərvəti İndeksində yeganə ciddi rəqibi olan Nyu Yorku ikinci yerə sıxışdırır.

Hesabatda qeyd olunur ki, bu il hökumətlər iki düşərgəyə bölünəcəklər: bir qismi daha çox sərvət cəlb etməyə çalışacaq, məsələn İtaliya kimi. Getdikcə daha artıq varlı miqrant qlobal gəlirlərinə görə 100 min avroluq vergi ödəmək əvəzində “şirin həyata” qovuşacaqlar. Amma bunun əksinə olaraq, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Kanada və Britaniya zəngin qeyri-rezidenlərin onların əmlak bazarlarına çıxışına daha böyük maneələr yaradır.

Amma əngəllərə rəğmən, zənginlər qlobal bazarlara çıxış tələb edəcəklər. Özəlliklə də, yeni yaranan iqtisadiyyatlarda artımın yavaşıdığı, diversifikasiya axtarışının gücləndiyi bir dönəmdə.

Bu arada OECD, AB kimi qurumlar vergidən yayınmayla mübarizə məqsədilə daha çox ölkəni nəzarətə məruz qoyacaq. (azadliq.org)