XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 14:04

Finlandiya hökuməti istefa verib

Finlandiyanın Baş naziri Yuha Sipilanın başçılıq etdiyi hökumət istefa verib.

Trend-in nəlumatına görə, ölkə prezidenti Sauli Niiniste hökumətin istefasını qəbul edib. Qeyd olunur ki, hökumət sosial təminat və səhiyyə sistemində islahatlarla bağlı razılığa gələ bilmədiyi üçün istefaya yollanıb. Prezident gələn ay keçiriləcək parlament seçkilərinədək Yuha Sipila hökumətinə vəzifələrini icra etmək tapşırığı verib.