XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2019 - 17:24

Türkiyə Prezidenti ilə BMT-nin baş katibi arasında telefon danışığı olub

Martın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Hindistan-Pakistan sərhədində baş verən hadisələr və Suriyadakı hazırkı vəziyyət müzakirə edilib.