XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 19:15

Tramp seçki qərargahının sabiq rəhbəri haqqında yazdı:“Bütün dünya eşitdi ki...”

ABŞ prezidenti Donald Tramp seçki qərargahının sabiq rəhbəri Pol Manaforta hökm oxunmasına münasibət bildirib.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp bu gün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “Pol Manafortun işində həm hakim, həm də vəkil yüksək səslə bəyan etdilər və bütün dünya da eşitdi ki, ABŞ-da keçirilən prezident seçkilərində Rusiya ilə hər hansı sövdələşmə olmayıb”.

Qeyd edək ki, Virciniyada keçirilən məhkəmə prosesində andlılar P. Manafort saxta vergi bəyannaməsi təqdim etməkdə, bank dələduzluğunda və xaricdə bank hesabını gizlətməkdə günahkar sayıb. Hakim Ti Es Ellis deyib ki, P. Manaforta çıxarılan hökm xüsusi prokuror Robert Müllerin “Rusiya tədqiqatı” ilə bağlı deyil.

Maliyyə pozuntuları ilə əlaqədar P. Manafort 3 il 11 ay azadlıqdan məhrum olunub.  P. Manafortun vəkili Kevin Dauninq də deyib ki, məhkəmə prosesində müdafiə etdiyi şəxsin Rusiyayla hər hansı sövdələşməni üzə çıxarmayıb.

Qeyd edək ki, P. Manaforta qarşı ittiham D.Trampın Rusiya ilə ehtimal edilən əlaqələrini araşdıran xüsusi prokuror R. Müller tərəfindən irəli sürülüb. Ağ Ev və Kreml belə əlaqənin olduğunu təkzib edir.