XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 20:18

Tramp Kim Çen Inla münasibətlərindən danışdı:“Görək nə olacaq..."

ABŞ prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen Inla onun əvvəlki kimi yaxşı münasibətləri var.

 “Report” xəbər verir ki, bu barədə ABC  bildirir. “Məndə hissiyyat var ki, Şimali Koreyanın sədri Kim Çen Inla bizim münasibətlərimiz yaxşı qalmaqdadır. Əgər o, razılaşdırmadığımız nəyi isə etsəydi, bundan pis olaraq təəccüblənərdim. Görək nə olacaq”, – deyə o bildirib.

Daha əvvəl Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp Hanoyda keçirilən görüşün gedişatında ikitərəfli əlaqələrin müzakirəsini davam etdirməyi razılaşdırıblar.