XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2019 - 23:25

Estoniyada koalisiya hökumətinin qurulması cəhdi uğursuz olub

Estoniyanın Mərkəzçi partiyası parlament seçkilərində qalib gəlmiş İslahatlar partiyası ilə koalisiya hökuməti qurmaqdan imtina edib.

AZƏRTAC xəbər verir ki, İslahatlar partiyası koalisiya hökuməti qurmaq üçün Mərkəzçi partiyaya müraciət etmişdi. Lakin bu partiyanın idarə heyətinin iclasında təklifə rədd cavabı verilib. Mərkəzçi partiyanın sədri Yuri Ratas təklifə rədd cavabının verilməsinin əsas səbəbi kimi vergi siyasəti ilə bağlı mövqelərinin fərqli olmasını göstərib.