XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2019 - 14:07

Çin və ABŞ rüsumların qarşılıqlı ləğvinə hazırlaşır- Ticarət nazirindən açıqlama

Çin və ABŞ bir-birinə qarşı daha əvvəllər tətbiq etdikləri rüsumların qarşılıqlı ləğvi istiqamətində çalışmalıar aparır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin ticarət nazirinin müavini Vanq Şouven bildirib.

“İki ölkənin ticarət danışıqlarını aparan müvafiq qrupları məsləhətləşmələrə davam edir, Çin ilə ABŞ arasında iqtisadi-ticari əlaqələrini normal vəziyyətə qaytarmaq naminə bütün əngəlləyici rüsumların ləğvi imkanları müzakirə olunur”, – deyə o qeyd edib.

Nazir müavini qarşılıqlı əngəlləyici rüsumların daha da yüksəldilməsinin hər iki tərəfə hər hansı fayda gətirməməklə bir çox başqa dövlətlərin də mənafeyinə mənfi təsir göstərdiyini vurğulayıb.