XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2019 - 20:01

Tramp müdafiə xərcləri üçün 750 milyard dollar nəzərdə tutub- 2020-ci ilin büdcəsində

ABŞ prezidenti Donald Tramp 2020-ci ilin müdafiə xərcləri üçün 750 milyard dollar nəzərdə tutub.

ONA CNN telekanalına istinadən məlumat verir ki, bu, cari ilin büdcəsindən 4,7% çoxdur.

Məbləğin əsas hissəsinin birbaşa Pentaqonun ehtiyaclarına (718 milyard dollar), qalan hissəsinin isə nüvə silahlarının döyüş hazırlığını təmin edən Enerji Nazirliyinə sərf ediləcəyi bildirilir.

Büdcə layihəsi ötən ilin dekabr ayında keçmiş Müdafiə katibi Ceyms Mattis tərəfindən formalaşdırılıb.

Büdcə müzakirələri gələn həftə keçiriləcək. Analitiklər hesab edir ki, Konqres daha çox demokratların rəqibi tərəfindən idarə olunduğuna görə belə bir məbləğin təsdiqlənməyəcəyi ehtimalı da var.

CNN-in yaydığı digər məlumata görə, 544 milyard dollar əsas xərclərə, 9 milyard dollar fövqəladə xərclərə, qalan 165 milyard dollar isə xaricdə hərbi əməliyyatların maliyyələşdirilməsinə (Əfqanıstan, Suriya, İraq) xərclənəcək.