XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2019 - 20:51

ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşı baqajında mina keçirməyə cəhd göstərib

ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşı Şeremetyevo aeroportunda baqajında mina keçirməyə cəhd göstərib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, martın 9-da Moskvadakı Şeremetyevo aeroportunun girişində ABŞ səfirliyinin əməkdaşının baqajının rentgen aparatında yoxlanılması zamanı minaatan qurğunun minasına bənzəyən əşya aşkar edilib. Dəvət edilən texniklər onun həqiqətən partlayıcı qurğu olduğunu təsdiq ediblər. Ezamiyyət müddəti bitdiyi üçün Rusiyadan vətənə yola düşən səfirliyin əməkdaşı bildirib ki, şəxsi kolleksiyası üçün boş mina alıb.

ABŞ səfirliyi insident barədə dərhal məlumatlandırılıb. Mina müsadirə ediləndən sonra səfirliyin əməkdaşı ABŞ-a uçub.