XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2019 - 21:56

İƏT Parlament İttifaqı Konfransının 14-cü sessiyası keçiriləcək- Mərakeşdə

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının 14-cü sessiyasında və bununla əlaqədar tədbirlərdə iştirak etmək üçün martın 10-da Mərakeşin Rabat şəhərinə səfərə gedəcək.

Milli Məclisin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və digər aktual məsələlər müzakirə olunacaq.

Milli Məclisin deputatı mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

Səfər martın 16-da başa çatacaq.