XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2019 - 09:46

Yapon dənizində gəmi balina ilə toqquşub- 80 nəfər xəsarət alıb

Yaponiyada sərnişin katerinin balina ilə toqquşması nəticəsində 80-dən çox insan xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli sahil mühafizəsinə istinadən NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, gəmidə ümumilikdə 125 sərnişin və dörd heyət üzvü olub. Xəsarət alanlardan 13 nəfərinin yarası ciddidir.

Toqquşma nəticəsində gəmidə 15 santimetrlik çat əmələ gəlib. Həmçinin onun sualtı qanadları əzilib.

Telekanalın məlumatına görə, kater 80 km/saat sürətlə Niiqata şəhər limanından Sado adası istiqamətində hərəkətdə olub. Qəzadan sonra gəmi təyinat məntəqəsinə gedib çata bilib.

Məlumata görə, hazırda donqar balinaların miqrasiya dövrüdür.