XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2019 - 08:42

Hindistan Pakistanın pilotsuz aparatını vurub- Bu, qarşı tərəfdən Hindistana üçüncü PUA göndərmək cəhdidir

Hindistan təhlükəsizlik qüvvələri şənbə günü şimal-qərbdə yerləşən Racastxan ştatı ərazisində ölkənin hava məkanına daxil olan Pakistana məxsus pilotsuz uçan aparatı (PUA) vurublar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə öz hərbi mənbələrinə istinadən “Hindustan Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hadisə Qanqanaqar dairəsində baş verib. Qəzetin həmsöhbətlərindən biri bildirib ki, bu, Pakistan tərəfindən Hindistana artıq üçüncü PUA göndərmək cəhdidir.

Daha əvvəl 4 mart və 26 fevral tarixlərində Pakistanın iki PUA-sını vurublar.