XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2019 - 11:38

Türkiyə Belçikada PKK terrorçularına qarşı cinayət işinin ləğvinə etiraz edib

Türkiyə tərəfi Belçikanın Hakimlər Palatasının (BHP) PKK terrorçuları barədə qaldırdığı iddianamənin ölkənin ali məhkəməsinə göndərilməsini əsaslı sayır.

Azərtac Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, PKK terror təşkilatı ilə əlaqəsi olan 36 şübhəliyə qarşı BHP-nin qaldırdığı cinayət işinin Belçika Federal Prokurorluğu tərəfindən ləğv olunması Türkiyənin etirazına səbəb olub.

Bildirilir ki, Türkiyə tərəfi müttəfiqi Belçikadan terrorla mübarizədə tələb olunan cavabdehlik çərçivəsində PKK-ya qarşı qətiyyətli addım atmağa gözləyir.