XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 March 2019 - 12:11

“Brexit” katibi deputatlarla görüşüb- Növbəti səsvermədə razılıq əldə etmək üçün

İngiltərənin “Brexit” üzrə məsul katibi Stefan Berkley ikinci referendum keçirilməsini tələb edən deputatlarla görüşüb.

Leyboristlər partiyasına mənsub deputatlarla keçirilən görüşün məqsədi növbəti səsvermədə “Brexit” müqaviləsi üçün razılıq əldə etmək olub.

Katib Leyboristlər partiyasından olan iki deputatı Brüssel ilə görüşlərə dəvət edib.

Görüşdən sonra müsahibə verən deputatlar Berkleyin hökumətin siyasətinə sadiq qaldığını və ikinci referenduma qarşı çıxdığını açıqlayıblar(azərtac).