XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2019 - 14:42

İstanbulun hava limanlarından 15 milyondan çox sərnişin istifadə edib- Bu ilin ilk iki ayı ərzində

Bu ilin ilk iki ayı ərzində İstanbulun hava limanlarından istifadə edən sərnişin sayı 15 milyonu ötüb.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Dövlət Hava Meydanları Müəssisəsi rəhbərliyi məlumat yayıb.

Belə ki, qeyd edilən vaxt ərzində Atatürk hava limanından 9 milyon 844 min 31, Sabiha Gökçən Beynəlxalq Aeroportundan 5 milyon 238 min 908, İstanbul Hava Limanından isə 202 min 578 sərnişin istifadə edib. Beləliklə İstanbulun aeroportlarından istifadə edən sərnişinlərin sayı ümumilikdə 15 milyon 285 min 517 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqaisədə 216 min 490 nəfər çoxdur.