XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

10 Mart 2019 - 17:22

“Efiopiya hava yolları”nın qəzaya uğrayan təyyarəsindəölənlərin 8-i Çin vətəndaşıdır

“Efiopiya hava yolları”na məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərin 8-i Çin vətəndaşıdır.

Bu barədə “China Daily” qəzeti Çinin Efiopiyadakı səfirliyinə istinadla məlumat yayıb.

Qeyd edək ki, “Efiopiya hava yolları” şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub(azərtac).