XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2019 - 19:55

Qəzaya uğrayan “Boeing 737” təyyarəsində ölənlərin 6-sı Misir vətəndaşıdır- FOTO

“Efiopiya hava yolları”na məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərin 6-si Misir vətəndaşıdır.

Azərtac yerli mətbuata istinadla xəbər verir ki, ümumilikdə 33 ölkənin vətəndaşı qəza nəticəsində həlak olub. Onlardan 9 nəfər Efiopiya vətəndaşıdır. Ən çox ölənlərin sayı Keniyadan (32 nəfər) və Kanadadan (18 nəfər) olub.

Qeyd edək ki, “Efiopiya hava yolları” şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis-Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.