XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2019 - 21:51

Türkiyənin təhlükəsizlik qüvvələrindən PKK-ya ağır zərbə- Terror təşkilatının düşərgələrinə hava zərbələri endirilib

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsindəki PKK terror təşkilatının düşərgələrinə hava zərbələri endirib.

AZƏRTAC Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarı və təlim yerləri məhv edilib.

Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak vilayətinin Beytüşşebap rayonunda yerləşən Faraşin ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir ağır zərbə vurulub. Bildirilir ki, 2-si mağara olmaqla PKK terrorçularının 6 sığınacağı yararsız hala gətirilib.