Ötən gün martın 10-da Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Qorşkov” freqatı Şotlandiyanın Hərbi Hav Qüvvələrinin yeganə bazasının yaxınlığında yeni silahı sınaqdan keçirib. Bu silah insanlarda ürəkbulanma, korluq və hallusinasiya yaradır.
“5P-42 Filin” vizual-optik siqnal qarışdırma stansiyası ilə təchiz edilmiş gəmini izləmək üçün Böyük Britaniya donanması öz hərbi gəmisini və üç köməkçi gəmini göndərib.
“5P-42 Filin” kompleksi yüksək intensivlikli işıq şüalarının köməyi ilə rəqibi kor edir və çaşdırır. Habelə ürəkbulanmasına, baş gicəllənməsinə səbəb olur. Silahı sutkanın gecə saatlarında da istifadə etmək olar. Onun təsir dairəsi 2 kilometrdir.