XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 12:36

Almaniya Türkiyəyə səfər edən vətəndaşlarına xəbərdarlıq edib:“Bu fikirlərə görə həbs edilə bilərsiniz”

Almaniya şənbə günü Türkiyəyə səfər edən vətəndaşları üçün səyahət tövsiyələrini yeniləyib.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, tövsiyyədə qeyd olunur ki, Almaniya vətəndaşlarının ölkələrində qorxusuz ifadə etdikləri fikirlər Türkiyə rəsmiləri tərəfindən eyni cür dözümlə qarşılanmaya bilər və nəticədə onlar bu fikirləri ifadə etdiklərinə görə həbs edilə bilərlər.

“Almaniyada hüquq anlayışı və ifadə azadlığı tərəfindən qorunun bəyanatlar Türkiyədə peşə fəaliyyəti məhdudiyyətinə və cinayət işinin açılmasına səbəb ola bilər.” – Almaniyanın Xarici İşlər Nazirliyinin səyahət  tövsiyəsində deyilir. Nazirlik sözçüsü bildirib ki, səyahət tövsiyəsi bir neçə avropalı jurnalistin Türkiyədə izahat verilmədən akkreditasiya edilməməsindən sonra yenilənib. Bununla bərabər, son 2 il ərzində Türkiyədə əsassız şəkildə saxlanılan Almaniya vətəndaşlarının sayı artmaqdadır. Məlumatda əlavə edilir ki, Türkiyə rəsmiləri insanların ABŞ-da yaşayan dini xadim Fətullah Gülənin şəbəkəsi ilə əlaqələri olduğu şübhəsi ilə yanaşır. Nazirlik rəsmi Ankaranın bu şəbəkəni 2016-cı ildə hərbi çevrilişə cəhdin arxasında durduğuna inandığını bildirir. Nazirliyin tövsiyəsində əlavə edilir ki, Türkiyədə qadağan edilmiş təşkilatların hər hansı görüşündə iştirak etmiş və ya sosial media vasitəsilə Türkiyə hökuməti ilə bağlı tənqidi fikirlər ifadə etmiş almaniya turistlərin Türkiyədə saxlanılma riski mövcuddur.