XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 17:48

Amerika nəhənginin başı dərddə:Efiopiyada baş verən təyyarə qəzası "Boeing"i müflis edə bilər

Efiopiya Hava Yollarına məxsus təyyarənin martın 10-da qəzaya uğraması, təyyarədəki 157 nəfərin həlak olması “Boeing 737 Max 8” təyyarələrinin təhlükəsizliyi barədə yeni suallar yaradıb.

Altı aydan da az bir müddətdə eyni modeldən olan təyyarə ikinci dəfədir qəza edir. Oktyabrda İndoneziya sahillərində Lion Air təyyarəsi okeana düşmüş, 189 nəfər həlak olmuşdu. Artıq Efiopiya Hava Yolları və Çin bütün “Boeing 737 Max 8” təyyarələrinin uçuşlarını ertələyib. Bu ABŞ şirkəti texniki yardıma komanda göndərdiyini deyib.

Əddis Əbəbədən çıxan təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya düşüb. Şirkətin bildirməsinə görə, pilot çətinliklərin yarandığını deyib, geri qayıtmaq üçün icazə istəyib.

Bu gün Efiopiyada matəm günü elan olunub. “737 Max-8” təyyarəsi 2017-ci ildən kommersiya məqsədilə istifadə olunurdu.

“Bloomberg” agentliyindən Kris Bryant  yazır,  Boeing Co. narahatedici anlar yaşayır və şirkət bu faciəylə bağlı yaranan suallara tam şəffaflıqla cavab verməlidir:

“Efiopiyadakı təyyarə ilə ötən oktyabrda Lion Air təyyarəsinin qəzası arxasında eyni səbəbin durub- durmadığını bilmirik… Oxşarlıqlar var: hər iki təyyarə yeni brenddir, hər ikisi havaya qalxandan az sonra qəzaya düşüb və geri qayıtmaq istəyib”.

Müəllif daha sonra qeyd edib ki, oktyabrdakı qəzadan sonra “737 Max”-ın bəzi proqramlarından, təhlükəsizlik sistemindən pilotların xəbəri olmayıb. Bu proqramın müəyyən hallarda mühərriki söndürməyə imkan vermədiyi, təyyarənin ön hissəsini aşağı dartdığı iddia olunurdu.

O zaman “The New York Times” yazırdı ki, şirkət pilotlara əlavə təlim keçilməsini minimum endirmək istəyib. Axı, “737 Max” Airbus SE-nin 320neo-su ilə rəqabət halındadır.

“Boeing isə təkid edirdi ki, pilotların hamısı təyyarənin avtomatlaşdırılmış sistemlərinin öhdəsindən gələ bilər. Lion Air qəzasını nəzərə alanda, Efiopiya Airlines pilotunun bu prosedurdan xəbəri olmaması qəribə görünər. Bu səbəbdən bu iki qəzanın bir-birilə bağlı olmaması tamamilə mümkündür”, – məqalədə deyilir.

Müəllif təyyarələrin yığışdırılmasının “Boeing”-in nüfuzuna böyük zərbə olacağını vurğulayır. Şirkət ötən il 250-dən artıq Max təyyarəsi satıb və 5 mindən artıq sifarişi yerinə yetirmək üçün istehsalı gücləndirib. Təyyarə 2023-cü ilədək artıq satılıb.

“The New York Times” qəzeti Çinin istifadə etdiyi 96 təyyarəni yığışdırmaq əmri verdiyini yazır. Çin hava yolları yeni “Boeing” təyyarələrinin ən böyük istifadəçiləri sırasındadır. “Boeing” isə bildirib ki, 777X təyyarəsinin çərşənbə gününə planlaşdırılan debütünü ertələyir.

(Azadlıq radiosu)