XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 21:12

ABŞ və “Taliban” arasında razılıq:"Əgər "Əl-Qaidə" ilə əlaqələr kəsilsə..."

ABŞ və “Taliban” hərəkatının danışıq qrupları xarici qoşunların Əfqanıstandan çıxarılmasına və terrorizmə qarşı mübarizəyə dair müqavilə layihəsi hazırlayıblar.

Layihə martın 12-də, Qətərdə keçirilən danışıqların beşinci raundunun sonuncu günü razılaşdırılıb.

Sənəddə taliblərin terror qruplaşmaları, o cümlədən “Əl-Qaidə” ilə əlaqələrin kəsilməsinə, hətta bu qruplaşmalara qarşı mübarizəyə hazır olduqları əksini tapıb. ABŞ tərəfi də öz növbəsində qoşunlarını Əfqanıstandan çıxarmağa hazır olduğunu ifadə edib.  (Azərtac)