XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

12 Mart 2019 - 22:15

Tramp təyyarə qəzalarından yazdı:"Eynşteynin mənim pilotum olmasını istəmərəm"

“Təyyarələr daha qarmaqarışıq vəziyyətə salınır. Artıq pilotlara ehtiyac duyulmur, onların yerinə MİT-in (Massaçusest Texnologiya İnstitutu) kompüter mütəxəssisləri var”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda Efiopiyada baş verən təyyarə qəzası ilə bağlı yazıb.

“Bunu bir çox əşyalarda görürəm. Əsasən köhnə və daha sadə olub, daha yaxşı işlədiyi halda, əsassız yerə bir addım da irəli getməyə çalışılır. Saniyənin ərzində ani qərarlara ehtiyac var və qarmaqarışıqlıq təhlükə yaradır. Bütün bunlar çox xərc və az qazanc deməkdir. Sizi bilmirəm, amma mən Albert Eynşteynin mənim pilotum olmasını istəmərəm. Mən mütəxəssislər istəyərəm”, – deyə Ağ Ev rəhbəri yazıb/Axar.az.