XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

13 Mart 2019 - 09:37

ABŞ-ın ən məşhur universitetlərinə rüşvətlə qəbulun üstü açıldı –Milyonlarla dollar, Hollivud aktrisaları...

ABŞ-ın federal prokurorluğu zəngin amerikalıların uşaqlarının Yale, Stanford və Corctaun kimi univesitetlər də daxil olmaqla, prestijli kolleclərə daxil ola bilməsi üçün 25 milyon dollarlıq cinayətkar sxemlə əlaqədar onlarla şəxsə qarşı ittiham irəli sürüb.

Boston şəhərinin federal prokurorluğu 58 yaşlı Uilyam Singeri sahib olduğu şirkəti vasitəsilə Hollivud aktrisaları və böyük şirkət rəhbərləri də daxil olmaqla, bir çox zəngin müştəriyə xidmət göstərərək fırıldaqçılıqda ittiham edib.

Ədiyyə Nazirliyinin bildirdiyinə görə, tələbələrin valideynləri Singerə saxta test nəticələri, saxta şəxsiyyət vəsiqələri və idman yarışlarında nailiyyətləri göstərən saxta sənədlər hazırlamaq üçün pul ödədikdən sonra onlar rəqabətin güclü olduğu elitar kolleclərə daxil ola bilib.

İttihamnamədə Holivud aktrisaları Felisiti Hoffman və Lori Laflinin də adları var. Onların övladlarının tələb olunan qabiliyyətləri və bacarıqları olmadığı halda, prestijli universitetlərə daxil ola bilməsini təmin etmək üçün məsləhətçilər və başqalarına yüz minlərlə dollar ödədiyi iddia olunur.

Sənəddə deyilir ki, Uilyam Singer qəbul imtahanlarına müştərilərin övladları yerinə başqa adamlar göndərib, bəzi hallarda isə abituriyenlərin heç bir idman qabiliyyəti olmadığı halda, onların böyük nailiyyətlərini göstərən saxta sənədlər hazırlayıb.

“Biz burada qızınız, ya da oğlunuzun məktəbə qəbul olması üçün bir bina ianə etməyinizdən danışmırıq. Biz burada kollec rəsmilərinə rüşvət verməkdən danışırıq” – deyə, ABŞ prokuroru Endrü Lellinq bildirib.

Uilyam Singerin çərşənbə axşamı günü məhkəmə qarşısına çıxarılacağı gözlənilir. (amerikaninsesi.org)