XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Mart 2019 - 10:32

Tacikistan “Google” şirkətini vergiyə cəlb edə bilər- Bu səbəbdən

Tacikistan vətəndaşlarına elektron xidmət göstərən xarici şirkətlər, o cümlədən “Google” vergiyə cəlb oluna bilər.

Azərtac xəbər verir ki, Tacikistanda bununla bağlı hazırlanan qanun layihəsi hazırda aidiyyəti dövlət qurumlarında razılaşdırılır. Sənəd qəbul olunarsa, həmin şirkətlər və “Google” Tacikistanın vergi orqanlarına hesabat təqdim etməli, əlavə dəyər vergisi ödəməlidir.

Tacikistan Vergi Komitəsinin səlahiyyətli nümayəndəsi Zavkibek Şodien jurnalistlərə bildirib ki, qanun layihəsi ölkənin Maliyyə Nazirliyi tərəfindən hazırlanıb və yaxın vaxtlarda hökumətə təqdim olunacaq.