XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

13 Mart 2019 - 13:47

Venesuelada elektrik təchizatı bərpa edilib- FOTO

Venesuelanın elektrik təchizatında yaranan böhran praktiki olaraq tam aradan qaldırılıb.

Azərtac xəbər verir ki, Interfax informasiya agentliyi bu barədə Venesuelanın informasiya naziri Xorxe Rodrigesə istinadla məlumat yayıb.

“Hazırda bütün ölkə ərazisində elektrik enerjisi ilə təminat demək olar ki, tam bərpa edilib”, – deyə nazir Karakasda yerləşən “Miraflores” prezident iqamətgahında jurnalistlər qarşısında çıxış edərkən bildirib.

Rodriges ölkə ərazisinin 80 faizində elektrik təminatının kütləvi şəkildə kəsilməsinin kiber hücum səbəbindən baş verdiyini deyib. Bir qədər əvvəl Venesuelanın hakimiyyət orqanları insidentə görə ABŞ-ı ittiham etmişdi.

Eyni zamanda, nazir “enerji müharibəsinin” davam etməsi səbəbindən əhalini sayıqlıq göstərməyə çağırıb.