XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2019 - 16:40

Şimali Koreyada seçkidə iştirak faizi ötən dəfədən az olub –Əhalinin 99.99 faizi məntəqələrə gedib...

Şimali Koreyanın seçkiləri ölkənin avtoritar rəhbərliyi üçün gözlənilən qələbəylə nəticələnib, lakin ölkə üçün ilk olaraq Kim Yongun adı seçki bülletenində olmayıb. Təsdiq edilərsə, Şimali Koreya lideri ilk dəfə olaraq parlament seçkisində iştirak etməmiş olacaq. Ancaq səsverməyə görə onun bacısı Kim Yongun parlamentə seçilib. Liderin kiçik bacısı bir müddətdir ki, ölkədə mühüm rola sahib olmaq istiqamətində irəliləyir.

Şimali Koreyanın parlament seçkisi Pyongyang tərəfindən hakimiyyəti legitimləşdirmək məqsədiylə keçirilir, ancaq beynəlxalq ictimaiyyət bu seçkini mənasız məşq adlandıraraq qınayıb. Hər bir səsvermə bülletenində yalnız bir dövlət tərəfindən təsdiq edilmiş namizəd olub.

Dövlət mediası bəyan edib ki, Ali Xalq Məclisinə (SPA) 687 deputat seçilib, amma lider Kimin adı siyahida olmayıb.

“NK News” saytının analitiki Rachel Minyoung Lee BBC-yə bildirib ki, siyahıda adının olmaması onun hakimiyyətdəki gücünün zəifləməsini təyin etmir.

“Bu, Şimali Koreyanın normal dövlət kimi qəbul edilməsi üçün davam edən səylərinin bir hissəsi ola bilər,” – o deyib: “Və bir çox demokratik ölkədə prezident eyni zamanda parlamentdə yer almır”.

Liderin bacısına gəlincə, Lee deyib ki, Kim Yongun 2014-cü il seçkilərində seçilməmişdi, ancaq o zamandan etibarən SPA-in üzvü olub. 2014-cü ildən – hakim partiyanın əsas təbliğat və təşviqat şöbəsinin müdir müavini olaraq təyin edildiyi gündən etibarən xanım Kimin nüfuzu artmağa başlayıb.

O, müntəzəm olaraq qardaşının xarici səyahətlərində iştirak edib. Həmçinin ABŞ prezidenti Donald Tramp ilə ən son Hanoy görüşməsində də iştirak edib. Bu, bacı Kimin yaxın köməkçi mövqeyini möhkəmləndirib. Keçən bazar günü keçirilən seçkilərdə səsvermə 17 yaşdan yuxarı bütün Şimali Koreya vətəndaşları üçün məcburi idi, baxmayaraq ki, namizədlərlə bağlı seçim olmayıb.

Parlament hər beş ildən bir seçilir, seçki fəallığı hər zaman 100% -ə yaxındır və rəhbər İşçi Partiyasının təsdiqi həmişə yekdil olub.

Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA xəbər verib ki, seçkidə builki iştirak nisbəti 99.99 olub, çünki “xaricdə və ya okeanlarda işləyənlər” seçkidə iştirak edə bilməyiblər.

(BBC Azərbaycan)