Suriyada müharibə başlanan səkkiz il ərzində humanitar sahədə çalışan 1109 işçi öldürülüb.
Azərtac xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Şəbəkəsinin verdiyi məlumatda bildirilir. Məlumata əsasən, 2011-2019-cu illərdə humanitar sahədə çalışan 3984 işçi isə saxlanılıb. Məlumatda o da qeyd edilir ki, humanitar yardım göstərən mərkəzlərə ümumilikdə 1463 hücum olub.