XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Mart 2019 - 18:40

Avropa İttifaqı “xəbərçiləri” dəstəkləyəcək- Akt qəbul olunacaq

Avropa İttifaqı (Aİ) qanunlarının pozulması barədə dövlətə məlumat verən “xəbərçilərin” hüquqlarının üzv ölkələrin hamısında qorunmasını nəzərdə tutan tənzimləyici akt qəbul etmək barədə razılığa gəlib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, razılaşmaya görə, vergidən yayınma, korrupsiya, ictimai təhlükəsizlik kimi sahələrdə hüququnun pozulduğu barədə məlumat verən şəxslərin ittifaq miqyasında qorunması təmin ediləcək.

Təşkilatlarda və ya şirkətlərdə qanun pozuntuları ilə bağlı məlumatları sızdıranlar üçün etibarlı kanallar yaradılacaq. Əldə edilmiş razılaşmanın qanuni qüvvəyə minməsi üçün Aİ Şurası və Avropa Parlamentinin bunu rəsmi şəkildə təsdiqləməsi tələb olunur.