XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

13 Mart 2019 - 20:23

Rəqəmsal iqtisadiyyat 200 milyon iş yeri yaradacaq- Çində

Çinin rəqəmsal iqtisadiyyatının 2020-ci ilədək 200 milyon yeni iş yeri yaratmaq potensialı var.

Azərtac xəbər verir ki, Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının mövzu ilə əlaqədar hesabatında belə qeyd olunur. Hesabatda rəqəmsal iqtisadiyyatın inkişafının məşğulluğun təkmilləşdirilməsi ilə yanaşı, yeni iş yerləri imkanı yaratdığı bildirilir. Sənayedə rəqəmsal transformasiya yeni iş yerlərinin yaradılmasında vacib rol oynayır.

Qeyd olunur ki, rəqəmsal iqtisadiyyatın genişlənməsi, o cümlədən iqtisadiyyatda yüksək texnologiyaların, süni zəkanın daha geniş tətbiqi yeni iş yerlərinin çoxalmasına səbəb olacaq.