XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 March 2019 - 21:05

ABŞ Türkiyəyə “Patriot” kompleksinin satışı ilə bağlı şərtini açıqlayıb

Rəsmi Ankara Rusiyadan “S-400” zenit təyyarə sistemini almamaqla bağlı üzərinə öhdəlik götürəcəyi təqdirdə, ABŞ administrasiyası Türkiyə ilə “Patriot” kompleksinin alınması ilə bağlı danışıqları davam etdirməyə hazır olacaq.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Ketrin Uilbarqer bildirib.

Qeyd edək ki, ötən ilin iyun ayında diplomatik mənbələr bildirmişdi ki, 2019-cu ilin may ayında Rusiyanın müdafiə sənayesi kompleksinin müəssisələri Türkiyəyə ixrac üçün nəzərdə tutulan “S-400” zenit təyyarə sistemlərinin istehsalını başa çatdıracaq. Bundan əvvəl rəsmi Vaşinqton Ankaraya xəbərdarlıq etmişdi.

“S-400 Trumf” uzaq məsafəli qanadlı və ballistik təyyarələrin məhv edilməsi üçün nəzərdə tutulsa da, yerüstü obyektlərə qarşı da istifadə oluna bilər.