XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Mart 2019 - 21:32

Almaniya Venesueladakı diplomatlarının sayını azaldacaq

Almaniya hakimiyyəti Venesuelanın paytaxtı Karakasda olan diplomatlarının sayını azaldacaq.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xari İşlər Nazirliyinin nümayəndəsi Rayner Broyl brifinqdə bildirib.

“Almaniya Xarici İşlər Nazirliyi yaranmış çətin şərtlərlə və təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Karakasdakı səfirlik əməkdaşlarının sayını azaltmaq qərarı verib”, – deyə R.Broyl vurğulayıb.

O, əməkdaşların sayının nə qədər azaldılacağını dəqiqləşdirməyib. Bildirib ki, Karakasda qalacaq əməkdaşlar bacardıqları qədər Venesuelada olan Almaniya vətəndaşlarının qayğısına qalmağa davam edəcək.

Qeyd edək ki, bundan əvvəl Venesuela hakimiyyəti Almaniyanın ölkədəki səfiri Daniel Krineri arzuolunmaz şəxs elan edib. Bununla əlaqədar Almaniya xarici işlər naziri Hayko Maas Krineri məsləhətləşmələr üçün geri çağırıb.