XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2019 - 08:47

Suriya hökuməti 40 minə yaxın döyüşçünü əfv edib:"Bir daha silahlı qruplaşmalarda iştirak etməyəcəklər"

Suriya hökuməti qanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etmiş təxminən 40 min nəfəri əfv edib.

Bu barədə ölkənin Milli Barışıq Təşkilatının direktoru Yana Hadurun məruzəsində bildirilir.

“Təşkilatın səlahiyyətli orqanlarla qarşılıqlı təsiri nəticəsində Suriya dövlətinə qarşı silahdan istifadəyə cəlb olunmuş təxminən 40 min insan qanunsuz silahlı qruplaşmalarda bir daha iştirak etməyəcəklərini öhdələrinə götürdülər”, – deyə o bildirib.

Haddur qeyd edib ki, silahlıların nəzarət altındakı rayonlarda olmuş altı min qadın da həmçinin Suriya hakimiyyəti ilə öz statuslarını nizama salıblar.

O, əlavə edib ki, Suriyada döyüş hərəkətlərinin gedişatında 16 min insan itkin düşüb.

Daha əvvəl Suriya ordusu İdlib əyalətində “Cəbhət-ən-Nüsrə” terrorçularının mövqelərinə raket və artilleriya zərbələri endirib. (Report)