XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2019 - 09:43

Tramp “Boeing”-in uçuşlarını qadağan etdi –Şirkətdən imtina edən ölkələrin sayı artır

ABŞ “Boeing 737 MAX-8” və “MAX-9” tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq dayandırır.

Strateq.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp məlumat verib. Trampın sözlərinə görə, uçuşlar xüsusi sərəncama kimi dayandırılacaq.

Xatırladaq ki, ötən bazaar günü Efiopiya Hava Yollarına məxsus “Boeing 737 MAX-8” tipli sərnişin təyyarəsi Əddis-Əbəbədən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, qəza nəticəsində 157 nəfər ölüb.

Ondan sonra dünyanın 25 hava yolu şirkəti həmin təyyarələrin istismarından imtina edib. Avstraliya, Sinqapur, Malayziya, İndoneziya, Çin, Cənubi Koreya, Oman kimi ölkələrin şirkətləri adıçəkilən təyyarənin istismarını dayandırıblar.